Kəlbəcərdə şəhid olan Asifin atası DANIŞDI: – “Nə deyim? Vətən sağ olsun”backend

Kəlbəcərdə şəhid olan Asifin atası DANIŞDI: – “Nə deyim? Vətən sağ olsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Şəhidin atası Adil Əliyev Bizim.Media-ya açıqlamasında oğlu ilə son telefon danışığı barədə məlumat verib.

O, ötən gün sərhəddə baş verən gərginlik xəbərindən sonra Asifə zəng etdiyini bildirib:

“Asiflə dünən danışmışam. O tərəfdə gərginlik olduğunu eşidib özümüz zəng vurmuşduq. Asif söylədi ki, problem yoxdur, hər şey qaydasındadır. Mən də tez sağollaşdım ki, narahat etməyim. Bu gün isə bu xəbəri eşitdim. Nə deyim? Vətən sağ olsun”.

Qeyd edək ki, 2002-ci təvəllüdlü şəhid Asif Əliyev Siyəzən rayonunun Zarat kəndində doğulub. O, ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış.

A.Əliyev Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.