Keçmiş Xankəndi sakini: “Uşaq vaxtı Köçəryanla güləşirdim, onu yıxırdım” – Videobackend

Keçmiş Xankəndi sakini: “Uşaq vaxtı Köçəryanla güləşirdim, onu yıxırdım” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan – onunla bir həyətdə yaşamışıq, bir yerdə böyümüşük. Uşaq vaxtı onunla güləşirdim, onu yıxırdım, belə oyunlar edirdik. 3 nömrəli rus orta məktəbini bitirmişdi. Onunla uşaq vaxtından bu hadisələrə qədər bir yerdə yaşamışıq. Biz Ağdama köçəndən sonra onunla qarşılaşmadıq”.
TİA.AZ xəbər verir ki, bunu keçmiş Xankəndi sakini Aydın Əliyev “İTV Xəbər Yekun”a müsahibəsində deyib.
Bildirilib ki, Maksim Qorki küçəsi 11, mənzil 15 ünvanında Aydın Əliyevin Xankəndidəki mənzili yerləşib. Yan qonşuda isə R.Köçəryan yaşayıb. A.Əliyev deyib ki, qarabağlıların dili ilə desək, Köçəryan uşaqlıqdan “cüvəllağı” olub. Xankəndidən məcbur qalıb çıxandan sonra onunla bir daha görüşməyiblər. A.Əliyev 30 ildə ailəsi ilə birgə iki dəfə məcburi köçkün həyatı yaşayıb.
Daha ətraflı: