Keçmiş separatçı komandir Kiyevdə həbs olundu, Rusiyanı ittiham etdibackend

Keçmiş separatçı komandir Kiyevdə həbs olundu, Rusiyanı ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Donbas könüllü batalyonunun keçmiş komandiri və keçmiş xalq deputatı Semyon Semençenko Kiyev Peçersk Rayon Məhkəməsinin qərarı ilə həbsxanaya göndərilib. O, qeyri-qanuni hərbiləşdirilmiş silahlı qruplaşma yaradılması işi üzrə tutulub.
Qaynarinfo xəbər verir ki, Semençenko özü həbsinin arxasında “Wagner” rus özəl hərbi qrupuna qarşı mübarizə aparan təşkilatın fəaliyyətini dayandırmaq istəyən Rusiya xüsusi xidmət orqanlarının dayandığını düşünür.
Semençenko günahsız olduğunu bildirib və ailəsi ilə bağlı kömək istəyib.
Daha sonra Semençenko səhifəsində həbsxanaya girəcəyini yazıb, ancaq özünü günahkar saymadığını qeyd edib.
“Barmaqlıqlar arxasına gedirəm. Xüsusilə bu gün üçün hazırlanmış bütün ittihamları və çirkli böhtanları rədd edirəm. Qoy bizdən sonra gələnlər daha ağıllı olsunlar və öz Dövlətlərinə bu qədər inanmasınlar”, – o yazıb.
Semençenko ailəsi üçün də kömək istəyib:
“Xahiş edirəm ailəmə kömək edin”.
Xatırladaq ki, SBU Semençenkonu fəaliyyəti milli təhlükəsizliyin əsaslarına qarşı təhdid də daxil olmaqla ağır cinayətlərin hazırlanmasına yönəlmiş bir hərbi birləşmə yaratmaqda günahlandırır.