Tribuna İnformasiya Agentliyi

Keçmiş Baş prokurorun qardaşına yüksək vəzifə verildi

08 Sentyabr
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdaha bir kadr dəyişikliyi həyata keçirib.
TİA.AZ  azpolitika.info-ya istinadən xəbər verir ki, N.Bayramov Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sədri Əli Məmmədovu vəzifəsindən azad edib.
İcra başçısının əmri ilə bu vəzifəyə keçmiş baş prokuror Əli Ömərovun qardaşı Dilqəm Ömərov təyin olunub.