Keçmiş Baş nazir güllələndi – ANBAAN VİDEObackend

Keçmiş Baş nazir güllələndi – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın silahlı hücüma məruz qalan sabiq Baş naziri Sindzo Abe vəfat edib.

TİA.AZ xəbər verir ki, bu barədə Yaponiya KİV-i məlumat yayıb.

Ölkənin “Nihon” telekanalının xəbərinə görə, keçmiş hökumət başçısına atəş açan şəxs 41 yaşlı Tetsuya Yamaqamidir. O, əvvəllər Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrində xidmət edib.

Məlumata görə, T.Yamaqami S.Abeyə sui-qəsd etdikdən dərhal sonra saxlanılıb. Hazırda polis onu dindirir.

Bildirilib ki, Sindzo Abe xəsarət alıb. Məlumata görə, hadisə yerində azı iki atəş səsi eşidilib.