Kazandakı məktəbdə həyatını itirənlər anılır… – Fotolarbackend

Kazandakı məktəbdə həyatını itirənlər anılır… – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kazan şəhərində 11 nəfərin ölümü ilə nəticələnən silahlı basqının baş verdiyi 175 nömrəli gimnaziyada qurbanların xatirəsinə iki memorial stendi yerləşdirilib.

TİA.AZ xəbər verir ki, 20 nəfərlik qrup şəklində ziyarət edən insanlar ora gül və oyuncaqlar qoyurlar. Gimnaziyanın ərazisi Rusiya Milli Qvardiyası tərəfindən mühafizə olunur.

Qeyd edək ki, Kazan şəhərinin 175 saylı gimnaziya məktəbində mayın 11-i baş verən basqın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb. Mayın 12-si respublikada matəm günü elan olunub. Basqını törətməkdə şübhəli bilinən məktəbin 19 yaşlı məzunu saxlanılıb.