Kazandakı atışmada şagirdlər məktəbin pəncərələrindən tullanıblar – VİDEObackend

Kazandakı atışmada şagirdlər məktəbin pəncərələrindən tullanıblar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışma zamanı şagirdlər canlarını qurtarmaq üçün özlərini məktəbin pəncərələrindən atmağa məcbur qalıblar.

TİA.AZ xəbər verir ki, hadisənin dəhşətli videogörüntüləri yayılıb.

Yaxınlıqdakı binalardan birindən çəkilmiş videogörüntülərdə iki şagirdin özünü binanın üçüncü mərtəbəsindən atdığını görmək olar. Bu zaman atəş səsləri eşidilir.

Digər şagirdlər aşağı mərtəbədəki pəncərələrdən atlayaraq qaçmağa çalışıblar.

Son məlumatlara görə, atışmada 13 nəfər həlak olub. Atəş açan saxlanılıb.