Kazanda uğursuzluqbackend

Kazanda uğursuzluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında boks yarışları davam edir.

Qaynarinfo xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan millisinin 3 qız idmançısı rinqə çıxıb. İştirakçı sayı az olduğundan hər 3 yığma üzvü ilk görüşdəcə final uğrunda mübarizə aparıb.

Təmsilçilərimizdən Aysu İsmayılova (48 kq) Anita Adişevaya (Qazaxıstan), Qızbəs İsgəndər (57 kq) Rano Muratbayevaya (Özbəkistan), Emili Rzayeva (63 kq) isə Kristina Qalkinaya (Rusiya) məğlub olub.

Sabah isə oğlan boksçular yarımfinal döyüşlərinə çıxacaqlar. Ötən gün iki idmançımız yarımfinala vəsiqə qazanıb. Tağı Nəsibov (48 kq) ilk sınağında Vadim Veçerskini (Belarus) yenərək yarımfinalda özbəkistanlı Javohir Kuysinova rəqib olub.

İbrahim Zeynalov isə (50 kq) tacikistanlı Muinxon Mavlonovu (Tacikistan) məğlub edib. Boksçumuz finala gedən yolda rusiyalı Artyom Nazarovla döyüşəcək.

Final görüşləri sentyabrın 5-də baş tutacaq.