Kazanda terror törədən qatilin ilkin ifadəsi açıqlanıbbackend

Kazanda terror törədən qatilin ilkin ifadəsi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiyada orta məktəbə silahlı basqın edən İlnaz Qalyaviev ilk ifadəsini verib.
TİA.AZ xəbər verir ki, Kazan şəhərinin Fayzi küçəsindəki 175 nömrəli gimnaziyada xeyli sayda məktəblini qətlə yetirən 19 yaşlı qatil dindirmə zamanı anormal ifadələr işlədib. O təxminən iki ay əvvəl özünü tanrı hesab edib.

“Yayda içimdə bir “canavar” oyanmağa başladı. Hamıya nifrət etməyə başladım. Həmişə hər kəsə nifrət etmişəm və daha da nifrət etməyə başladım”, – deyə o bildirib.

Qatil özünü tanrı elan etməsi barədə anasına söylədiyini amma müstəntiqlərin sualına cavab verdikdə isə, valideynlərinin olmadığını bildirib.

Qeyd edək ki, Rusiyanın Kazan şəhərində orta məktəbdə baş vermiş atışma nəticəsində 13 nəfər ölüb. Hadisə zamanı yaralanan 16 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərdən əksəriyyətinin məktəbli olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.