Kazanda məktəbdə atışma zamanı ölənlərin sayı 13-ə çatıbbackend

Kazanda məktəbdə atışma zamanı ölənlərin sayı 13-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada ölənlərin sayı 13-ə çatıb.

TİA.AZ “REN TV”nin teleqram kanalına istinadən xəbər verir ki, 16 nəfər xəstəxanaya yerləşdirilib.

Ölənlərdən çoxunun şagird olduğu bildirilir.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. Bundan sonra partlayış səsləri eşidilib. İlkin məlumata görə, atəş açan yeniyetmə olub. O, saxlanılıb.