Tribuna İnformasiya Agentliyi

Kavani İbrahimoviçin rekordunu qırdı

30 Aprel

PSJ-nin futbolçusu Edinson Kavani klubun tarixinə düşüb.

Qol.az-ın xəbərinə görə, ötən gün Fransa Liqasının 35-ci turunda “Genqam”la oyunda (2:2) dubl edən uruqvaylı hücumçu çempionatdakı qollarının sayını 115-ə çatdırıb.

Bununla da o, Zlatan İbrahimoviçin (113) rekordunu yeniləyərək Fransa Liqasında ən çox qol vuran PSJ-li futbolçu adına yiyələnib.

Qeyd edək ki, 2013-cü ildə “Napoli”dən PSJ-ə keçən Kavani ümumilikdə 168 qol vurub.