Tribuna İnformasiya Agentliyi

Kataloniyada müstəqillik nümayişi: 77 yaralı var

22 Dekabr
İspaniyanın Barselona şəhərində hökumətə qarşı nümayişlər başlayıb.
TİA.AZ  xəbər verir ki, Kataloniyanın müstəqilliyini tələb edən qrupla polis arasında qarşıdurma yaşanıb. Hadisədə 35-i Kataloniya polisi olmaqla 77 nəfər yaralanıb, 12 nəfər həbs edilib.
Ötən saatlarda başlayan aksiyalar səbəbilə şəhərdə həyat dayanıb, nəqliyyat iflic olub. Vətəndaşlar iş yerlərinə, uşaqlar məktəblərə gedə bilməyib.