Tribuna İnformasiya Agentliyi

““Karvan”ın sahibləri 5 ildir pulumuzu vermir, 2 aydır icra hakimiyyətinə gedib 10 saat orda gözləyirik”

08 May

““Karvan”ın sahibləri 5 ildir pulumuzu vermir, 2 aydır icra hakimiyyətinə gedib 10 saat orda gözləyirik”

TİA.AZ-ın  elektron poçtuna Sumqayıt şəhər sakinləri -Füzuli Quliyev, icarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov və Dilavər Abdullayeva tərəfindən “Karvan” Ticarət Mərkəzinin rəhbərliyi ilə bağlı  şikayət məktubu daxil olmuşdur.Həmin müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli redaksiya biz 3 sahibkarın şikayəti  dəfələrlə  ölkə mətbuatında  işıqlansa da,bu barədə 5 il ərzində  müraciət etmədiyimiz qurum qalmasa da , icra başçısı  Zakir Fərəcov bizim pulumuzun ödənilməsi barədə yazılı göstəriş versə də  bizim  pulumuz “Karvan” Ticarət Mərkəzinin rəhbər liyi tərəfindən hələ də ödənməyib.

2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdard

a maddi zərərə  düşməyimiz həm məhkəmə,həm də cavabdeh tərəf-“Karvan” ın rəhbərliyi tərəfindən təsdiqlənsə də bizə dəyən dəyən zərər ödənilmir.

Bizə-Şiralı Əsgərova(170 min), Füzuli Quliyevə(55 min)Dilavər Abdullayevaya (1

00min )  yanğından ümumilikdə  325 min manat  zərər dəyib.

Ağamirzə Əhədov 2016-cı ildə dünyasını dəyişəndən sonra atasının yerinə “Karvan”ın  icraçı direktoru vəzifəsinə  keçən  Kamil Əhədov  min bir bəhanə ilə pulumuzu ödəmir.

Şikayətlərimizin çəkisi fantastik  dərəcəyə 15 kq-a çatıb,amma hansısa  “böyük  bir sirli qüvvənin” səbəbindən biz öz  halal pullarımızı ala bilmirik.

Axır ki, Prezident Administrasiyasına,Sumqayıt icra hakimiyyətinə çoxsaylı get-gəldən ,tələblərimizdən sonra icra başçısı icra başçısı  Zakir Fərəcov  bu ilmartın 12-də bizi ərizəmizə uyğun olaraq ,sakinlərlə növbəti səyyar qəbul-görüş çərçivəsində  qəbul etdi.Görüşdə hörmətli Zakir Fərəcova insafən  bizim üçümüzü də diqqətlə dinlədi,problemimizə həssaslıqla yanaşdı və bildirdi ki, müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəzail  Hüseynova göstəriş verdi ki,bizim problem araşdırılsın və qarşı tərəf-”Karvan”ın rəhbərliyinə bildirilisin ki,dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir. İcra başçısının tapşırığına əsasən “Karvan”ın direktoru Kamil Əhədovu icra hakimiyyətinə çağırıb  və onunla  danışıb , Amma Fəzail H

üseynovla görüşsək də sonradan qarşı tərəf-”Karvan”ın rəhbəri bizə dəyən ziyanı birinci ödəmək istəsə də ,bu barədə məsləhətləşdiyini, fikirləşdiyini  desə də sonradan ödəməkdən boyun qaçırdı.

 

Belə çıxır ki,hörmətli Zakir Fərəcovun yazılı göstərişi  yerinə yetirilməmiş,havada  qaldı. Halbuki qarşı tərfələ müəyyən mənada razılıq  əldə olunmuşdur. Əldə etdiyimiz məlumata görə  bizim pulumuzun verilməsinə Kamil Əhədovun qardaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsinin müdiri vəzifədə işləyən  polkovnik-leytenant  Mübariz Əhədov süni əngəl törədir,zərərçəkmişlərə dəyən zərərin ödənilməsinin təmin edilməsinə razılıq vermir,pulu ödəməmək üçün mane törədir.

Məlumata görə “Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra ,ticarət mərkəzində digər qardaşların da payı olmasına baxmayaraq  “Karvan”a faktiki olaraq o  rəhbərlik edir. Kamil Əhədov rəsmi  direktor olsa da “Karvan”ın idarəçiliyinə tam  və əsas Mübariz Əhədov rəhbərlik edir,yer pulların,icarə haqlarının  yığılmasına, ticarət mərkəzində yer bölgüsünə  o nəzarət edir.  Təbii,məmur,dövlət qulluqçusu olduğundan o bunu rəsmi yox,qeyri-rəsmi edir.Çünki bildiyiniz kimi dövlət məmuru kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Mübariz Əhədov zərəçəkənlərin pulunu vermək istəməməsini,razılaşmanı pozmasını  onunla əsaslandırır ki:”məhkəmə olub,cavabdeh cəzasını çəkib, İsməliyə  xeyli xərc çəkilib.Hara gedib şikayət edirlər etsinlər.Məhkəmə qərarında ziyanın ödənilməsi göstərilməyib”.

Halbuki bu nə insani ,mənəvi baxımdan,nə də hüquqi baxımdan düzgün deyil. Bundan başqa Mübariz və Kamil Əhədovun ataları Ağamirzə Əhədov özü Hacı,imanlı,dindar  insan olub, xeyriyyəçi kimi də tanınıb və onun haqqında çəkilən filmdə də  o qeyd edib ki,övladlarına da arzu edir ki,onun yolunu davam etsinlər. Ağamirzə Əhədov din adamı kimi yaxşlığa,  halalığa önəm verib.

 

Mübariz Əhədov  vaxtını öz işindən çox “Karvan”da keçirir.

Mübariz Əhədovun    “Karvan” Ticarət Mərkəzində idarəçiliyində əsas füqur  olmasına AzTv kanalının  2016-cı ilin noyabrında,“Karvan”ın yanğından sonra əsaslı təmirdən sonra açılıçından hazırladığı reportajdan da görmək olar.Həmin reportajda danışanların arxasında “Karvan”ın rəsmi sahibi Kamil Əhədovun yanında duran qardaşı Mübariz Əhədov bəlkə də məmur kimi iş vaxtı orda durub.Hiss olunur ki,o dövlət qulluqçusundan çox “Karvan”ın sahiblərindən biridir.

Bundan əvvəl də ondan DİN rəhbərliyinə , Baş Dövlət Yol Polisi İdarəsinə şikayət edilib və bildiyimizə görə Mübariz Əhədov a bununla bağlı xəbərdarlıq edilib.Amma görünür Mübariz Əhədov Daxili İşlər Nazirliyinin xəbərdarlığından heç bir nəticə çıxartmayıb, cəzalanmayacağından  arxayındır.

2016-cı il, dekabrın axırında  Baş prokurorun müavini Rüstəm Usubovla görüşdük.O dedi ki,göstəriş verəcək ki,bizə dəyən ziyan ödəsinlər.

2017-ci il yanvarın 30-u Sumqayıtda vətəndaşları qəbul edərkən Baş prokuror Zakir Qaralov bizi də qəbul etdi.  Cənab Zakir Qaralov bizə konkret dedi ki, ziyan mütləq ödənilməlidir,” mənə  bir az vaxt verin bu məsələni araşdıraram”,amma  şikayət nəticəsiz qaldı deyə yenidən rəsmi qaydada müraciət etdik.

Bundan sonra  baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə  Zakir Qaralov  şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki,aşağıda adıçəkilən şəxslərə  dəyən zərər təxirə salınmadan aradan qaldırılsın,yəni  ödənilsin.

Hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam edib.

9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub.


Biz icra başçısı ilə  son  görüşdən sonra bir müsbət nəticə əldə edə bilmədiyimizdən demək olar ki,2 aydır ki,başqa işimizi-gücümüzü tullayıb hər gün Sumqayıt icra hakimiyyətinə gedirik,səhər saaat 10-dan axşam demək olar ki,19:00-can icra hakimiyyətinin ya qəbul şöbəsində,ya da çölündə oluruq ki,problemimizi həll edək.

Ancaq bir vətəndaş kimi hüquqlarımız tapdanır,süründürməçiliyə məruz qalırıq.Ən azı 10 saat,iş saatı qurtaranacan  bizi  icra hakimiyyətində gözlədirlər.Biz icra hakimiyyətinə gedəndə hər gün qəbul şöbəsində Fəzail  müəllimin köməkçisinə Mehman müəllimə gəlməyimizlə bağlı məlumat veririk.Bizə deyirlər gözləyin qəbul ediləcəyik.Adətən günortanı gözləyirik beləcə səbrimizi sıxa-sıxa,günortadan sonra yenə də bir qayda olaraq qəbul şöbəsindən deyilir ki,gözləyin qəbul ediləcəksiz, başçısın yanında adam var-filan,beləcə axşam olur,deyirlər gedin sabah gəlin, çıxıb gedirik,yenə ümidlə səhər gəlirik.Zakir Fərəcov  rəsmi qeydiyyata alıb ərizələrimiz və yazılı göstəriş verib müavini  Fəzail  Hüseynova ki,bizim məsələmiz  tez bir zamanda öz həllini tapsın ,bununla məşğul olsunlar ,amma amma təəsüflər olsun ki, üstündən 2 ay keçməsinə baxmayaraq  biz  2 aydır  hər gün icra hakimiyyətinə dəvət olunuruq, 10-12 saat  bizi orda gözlətdirirlər,sonra deyirlər sabah gəlir.Gələni qəbul edirik,gedəni yola salırıq. Bu dözümsüzlük,süründürməçilik icra hakimiyyətində adi bir hala çevrilib. İcra hakimiyyətinin  verdiyi göstərişin bir icra mexanizmi,yerinə yetirilməsində  müəyyən vaxt var,5 gün 10 gün,makimum 1 ay. Amma bizə konkret deyilmir ki,bu məsələ nə vaxt həll olunacaq.

 

Nəticədə biz belə zülm çəkirik,işimizdən də oluruq.Bizi ümidli qoyurlar amma işimiz həll olunmamış qalır.Bizim maddi vəziyyətimiz də külli miqdarda ziyana düşdüyündən çox acınacaqlıdır,indiyəcən bizi bu çəkişməyə xeyli xərcimiz çıxıb.Bizim almaq istədiyimiz -bizə dəymiş ziyanın məbləği də devalvasiyalar nəticəsində dəyərini də xeyli itirib.Biz vətəndaş olaraq bir konkret cavab istəyirik,ya hə,ya yox.Düzdür insafən icra başçısının müavini  bir Fəzail müəllim bir neçə dəfə bizi qəbul edib və bizim dərdimizə şərik olub,bir  vətəndaş kimi bizim problemin həll olunmasına çalışıb,müəyyən şeyə nail olub.Amma məsələ öz həllini tapmayıb.Ona görə də ümidimiz yenə bizə sabaha vəd edilən hörmətli Zakir Fərəcovla görüşədir.Ümid edirik,Zakir müəllim bizim problemi çözəcək və haqq-ədalət axır ki ,öz yerini tapacaq.

Füzuli Quliyev-(055) 642 42 69

İcarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov Şiralı Əsgərov (050) 399 81 77

Dilavər Abdullayeva–(050) 560 30 74″

TİA.AZ