Tribuna İnformasiya Agentliyi

Karateçimiz Avropa çempionatında ermənini məğlub etdi

09 Fevral
Danimarkanın Albo şəhərində keçirilən karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatında ikinci günə start verilib.
TİA.AZ  oxu.az-a istinadən xəbər verir ki, kumite yarışlarında 55 kq çəki dərəcəsində çıxış edən Azərbaycan karateçisi Fərid Abdulkərimov ilk görüşündə serbiyalı Marko Mixayloviçə qalib gəldikdən (1:0) sonra Ermənistan idmançısı ilə üz-üzə gəlib.
O, Erik Xaçatryana da 1:0 qalib gələrək üçüncü mərhələyə vəsiqə qazanıb. Lakin bu mərhələdə türkiyəli Burak Özdəmirə uduzub. Görüşdə hesab açılmasa da, hakimlərin qərarı ilə qələbə Özdəmirə verilib.