Karantinin yumşaldılması nə vaxt baş verəcək? – Nazirlik rəsmisindən AÇIQLAMAbackend

Karantinin yumşaldılması nə vaxt baş verəcək? – Nazirlik rəsmisindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aktiv şəkildə yoluxma halları artmaqdadır. Amma ciddi təlaşa səbəb görmürəm. Artıq vaksinasiyaya başlamışıq deyə prosesin qarşısını almağı düşünürük”.

TİA.AZ xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan “İşgüzar səhər” verilişində qonaq olan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Könül İsmayılova bildirib.

“Aprelin 4-dən etibarən “COVAX” platforması ilə yeni dozada vaksinlərimiz ölkəyə gətirilib. Gün ərzində 30-35 minədək əhali vaksinasiya olunur. Bu əslində böyük bir göstəricidir. Əgər bu şəkildə sürətlə davam edə bilsək, 60-70 faiz əhalidə peyvəndlənməyə nail olacağıq. Bu gedişat göstərəcək ki, hansı yumşaldılmaların tətbiqinə aidiyyəti qurumlar brifinqdən sonra qərar verəcək”, – deyə İSİM-in əməkdaşı əlavə edib.