Karantini pozanlara qarşı əməliyyat: 27 nəfər tutuldu — VİDEObackend

Karantini pozanlara qarşı əməliyyat: 27 nəfər tutuldu — VİDEO

Bakıda karantin rejimini pozan kafe aşkarlanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları paytaxtın Nərimanov prospektində yerləşən “Əfsanə” kafesində keçirilən qonaqlığın qarşısını alıb. Polis əməkdaşları gələrkən müştərilərin bəzisi pəncərədən qaçmağa cəhd etsə də, məqsədlərinə nail ola bilməyiblər. 

APA TV-nin məlumatına görə, kafe sahibinin dostu doğum günü qeyd etmək üçün tanışlarını ora dəvət edib. Lakin onların bu arzusu puç olub. Keçirələcək məclisin 27 iştirakçısı 2- ci polis bölməsinə gətirilib.

Məclis iştirakçıları barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların da hər biri 100 manat məbləğində cərimə olunub, kafe sahibi ilə bağlı materiallar isə məhkəməyə göndərilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 21-dən iyulun 5-nədək elan olunmuş ciddi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılmalıdır. Bundan başqa, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilir

 

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki