Karantinə əməl etməyən 195 mindən artıq şəxs məsuliyyətə cəlb edilibbackend

Karantinə əməl etməyən 195 mindən artıq şəxs məsuliyyətə cəlb edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirlərinin görülüb.

TİA.AZ  xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Kollegiya iclasında Daxili İşlər naziri,  general-polkovnik Vilayət Eyvazov deyib.

Nazir bildirib ki, onlardan 788 nəfərin həbs edilib, 193 min 560 nəfəri o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 min 820 nəfərin cərimələnib.

Daxili İşlər naziri ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminə riayət olunmasına nəzarət tədbirləri çərçivəsində yoluxanların karantinə yerləşdirildiyi  35 şəhər və rayon üzrə 62 xəstəxananın və digər obyektlərin sutkalıq mühafizəsinin davam etdirildiyini də bildirib.