Karantin qaydalarını pozan şadlıq saraylarını hansı cəza gözləyir?backend

Karantin qaydalarını pozan şadlıq saraylarını hansı cəza gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Daxili İşlər Nazirliyi və aidiyyəti qurumlar tərəfindən toy prosesi gedən zaman qəfil yoxlamalar həyata keçirilə bilər.
Bu barədə Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, monitorinqlərdə toy mərasimləri zamanı Nazirlər Kabineti tərəfindən təyin edilən qaydalara riayət edilməsi yoxlanılacaq:
“Daxili İşlər Nazirliyinin əməkdaşları maraqlı deyil ki, vətəndaşların şad günlərində hər hansı narazılıq olsun. Bu səbəbdən də sahibkarlar və toy mərasimini keçirən şəxslər bütün qaydalara ciddi riayət etməlidirlər.
Əgər restoranlarda keçirilən toy mərasimləri zamanı qoyulan qaydalara riayət edilməzsə, bu, həmin restoranlarda növbəti dəfə toy mərasimlərinin keçirilməsinə qadağa qoyulmasına gətirib çıxara bilər.
Pandemiya şəraitində qaydalara riayət edək ki, bu kimi hallar yaşanmasın və hər hansı məhdudiyyətlərin tətbiqinə ehtiyac duyulmasın”.