“KAPİTALBANK” ETİBARI İTİRİR: KARTDAN NÖVBƏTİ OĞURLUQ, DİN ARAŞDIRIR…backend

“KAPİTALBANK” ETİBARI İTİRİR:KARTDAN NÖVBƏTİ OĞURLUQ, DİN ARAŞDIRIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapitalbank”ın müştərisinin kartından 1850 manat oğurlanıb. TİA.Az xəbər verir ki, Elnur Əliyev bankı məhkəməyə verməyə hazırlaşır.

“Təhlükəsizlik boşluğuna görə Kapitalbankı məhkəməyə verib təzminat ala bilərəm.

Dələduzlar Kapitalbankda mənim qeydiyyatdan keçdiyim nömrəni dəyişib öz nömrələrini yazıblar. Sonra mənim adımla umicobirbankdan qeydiyyatdan keçib kartdan 1850 azn pul çəkiblər.

Nömrəmi necə dəyişiblər bankda əməkdaşlar bilmir. Üzümə durublar ki, özün çıxarmısan pulu başqa heç kim çıxara bilməz.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işi araşdırır. Yəqin adamı tapacaqlar.

Sadəcə bir aydı yaşadığım stress, gərginlik, mənəvi və maddi zərərə görə bankı təhlükəsizlik boşluğuna görə məhkəməyə vermək istəyirəm”.

TİA.Az