Kapital Bank nə üçün pensiya kartlarına mədaxili məhdudlaşdırıb?backend

Kapital Bank nə üçün pensiya kartlarına mədaxili məhdudlaşdırıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
TİA.AZ  xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O bildirib ki, əvvəllər Kapital Bankın pensiya kartlarına mədaxil emək mümkün idi:
“Çox rahat istifadə edilirdi. Yəni, kimsə başqasına pul göndərmək istəsə, kartın nömrəsini qeyd etməklə MilliOn aparatından, ən yaxın bankomatdan pulu rahat şəkildə çəkə bilirdi. Amma hökümət 1 iyuldan etibarən həmin kartlara mədaxilə məhdudiyyət qoyub. Yeni qaydalara görə, belə köçürmələr yalnız bankla göndərilməlidir və yaxud da avqust ayının 1-dən etibarən kart sahibi banka yaxınlaşıb, ərizə-blankı doldurduqdan sonra xidmətdən istifadəni aktiv edə bilər”.
Qubad İbadoğlu bunun səbəbini belə izah edib:
“Kapital Bank deyir ki, yeni dəyişiklik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gəlib, bizlik deyi. Başqa bir məlumata görə, Mərkəzi Bank sosial kartlara mədaxillə bağlı bütün banklara təlimat göndərib ki, bu tip kartlarla edilən əməliyyatlar zamanı müştərilərin dövriyyəsini eyniləşdirə bilmirlər, bu, maliyyə monitorinqi ilə bağlı risklər yaradır. Başa düşülən odur ki, Mərkəzi Bank belə kartlar vasitəsilə xarici saytlarda alış-veriş zamanı valyuta çıxışına da nəzarət etmək istəyir”.