“KAPİTAL BANK” MÜŞTƏRİLƏRİ İKİ PROBLEMDƏN ŞİKAYƏTÇİDİR – FOTObackend

“KAPİTAL BANK” MÜŞTƏRİLƏRİ İKİ PROBLEMDƏN ŞİKAYƏTÇİDİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapital bank” getdikcə etimadı itirməkdədir. Son dövrlər müştərilərinin şikayətləri sel kimi gəlməkdədir. Amma bank şikayətləri çox zaman cavabsız qoyur, yaxud da xidmətdə keyfiyyət dəyişikliyi etmir. TİA.Az-ın xəbərinə görə, daha iki şikayətçinin yaydıqları bankın fəaliyyətinin mahiyyətini əks etdirir. Əvvəlcə, İsmayıl Əsədullayevin dedikləri ilə tanış olaq: “6 aydır sıxlıqla xarici kartlara köçürmələr edirəm, son 2-3 gündə, 109+59+31AZN dəyərində vəsaitim sözün əsl mənasında yoxa çıxıb.
Biribot və 196 digər bankda problem olduğunu deyir amma xaricə həmişə köçürmə aldığım kartada dünən pul gəlib çatmayıb.
Robot kimi eyni cavabları alıram, ödəniş uğurlu deyib məsələni araşdırmadan ünsiyyəti bitirirlər.
Hara şikayət edək, dərdimizi hara deyək?
Filiala əldə qarşı tərəfdən gələn sənəd olmadan yaxınlaşmayın deyirlər, belə iş olar?
3-4 gün oturub gözləməliyəm mən?
Əməkdaşları hamısı fərqli cavab verir, biri 5 gün gözləməlisiz sistemdə işlər gedir deyir digəri ödəniş uğurla keçib deyir..
Qrupda Kapital əməkdaşı varsa o da belə gözlədəcəksə, boşuna mənə yazmasın!”

Bankən digər müştərisi Təranə Feyzizadə Məmmədova qeyd edir ki,
29.08-də Birbank programındakı Ədv hesabımdan 15 Aznlik təcili interneti açsınlar deyə ödəniş etdim:” Lakin nə ödəniş provayderə getdi nə də tarixçəmdə görsənir.Silindi hesabdan. Zəng elədim bu fırıldaqçı Kapitala 3 gün dalbadal ki, bəs nə oldu ya qaytarın ya da otuzdurun qarşı tərəfə. Mənə adınıza sorğu açıldı dedilər və 10 iş gününə həll olunacaq dedilər.Bu gün yadıma birdən düşdü ki bəs artıq 10 gün keçdi sorğudan. Girdim birbanka yenə. Nə qaytarılıb nə də tarixçəyə düşüb bir sözlə kapital dalına keçib pulun. Zəng elədim 196ya oradan bildirdilər ki sizin adınıza heç sorğu açılmayıb yeni sorğu açırıq. Operatorla danışdığım ondan qabağkı sorğunuz qəbul edildi deyən operatorun səs yazısı yaxşı ki qalmışdı və qulaq asdırdım onlara. Yenə də 10 gün gözləməlisiniz dedilər. 10 gün onsuzda boş boşuna gözləmişəm mənim problemim deyil dərhal geri qayıtsın hesabıma dedikdə üzümə adboy etdilər. Yenidən yığdıqda götürmədilər telefonu. Kapitanbankda belə məsuliyyətsiz şəxslər işləyir xəbəriniz olsun.Yadımdan çıxsaydı Kapitalbank elə də müştəriyə fırıdaq gələcəldi.Özləri kredit vaxtı gəlməmişdən qabaq mesaj atırlar adama ki ödəmə vaxtıdır. Deməyim odur ki ,Kapitalla işləyərkən güvənməyin onlara.Özünüz də kontrol edin işlərinizi.Belə halda mən hansı rəsmi qruma şikayət ünvanlaya bilərəm?”

TİA.Az