Kann film festivalı bu il keçirilməyəcək – RƏSMİ AÇIQLAMAbackend

Kann film festivalı bu il keçirilməyəcək – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kann film festivalını, hətta payızda da keçirmək olduqca çətin olacaq, təşkilatçılar tədbirin virtual keçirilməsi fikrindən dərhal imtina ediblər.

Bu barədə məlumatı təşkilat komitəsinin nümayəndəsi “Variety” nəşrinə bildirib.

Fransadakı koronavirus epidemiyası səbəbiylə fövqəladə vəziyyət rejimi ən azı 10 iyul tarixinə qədər uzadılıb.

Nəşrin həmsöhbəti bildirib ki, müsabiqə üçün seçilən filmlər digər festivallarda, o cümlədən Venesiyada da nümayiş etdiriləcəkdir. Filmlərin siyahısı iyunun əvvəlində açıqlanacaq.

Xatırladaq ki, festival 12-23 may tarixlərinə təyin edilmişdi. Mart ayında təşkilat komitəsi iyunun sonunu yeni tarix kimi elan etmişdi.