Kann festivalında ilk dəfə – qalib qadın rejissor oldubackend

Kann festivalında ilk dəfə – qalib qadın rejissor oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

74-cü Beynəlxalq Kann Festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Budəfəki festivalda “Qızıl Palma Budağı” mükafatını fransız rejissor Julia Dukornonun “Titan” filmi qazanıb.

Beləliklə, Kann Festival; tarixində ilk dəfə bir qadın rejissor bu mükafata layiq görülüb.
Rejissorun ikinci işi olan bu filmdə uşaq ikən avtomobil qəzasından sağ çıxdıqdan sonra avtomobillərlə seks edən gənc qatil qadının hekayəsi əks olunur.

“Titan” festivalda nümayiş olunan ən qəribə film kimi qiymətləndirilib. Bununla belə film sərt tənqidlərə də məruz qalıb.

Şaron Ston və Tilda Svinton kimi bəzi Hollivud ulduzlarının iştirak etdiyi mərasimdə finlandiyalı rejissor Yuxo Kuosmanenin “6 nömrəli kupe” və iranlı rejissor Əsgər Fərhadinin “Qəhrəman” filmləri Qran-pri mükafatına layiq görülüb. Leos Karaks “Annett” filminə görə ən yaxşı rejissor, Rusuke Xamaquti “Mənim maşınımın sükanı arxasına keç” filminə görə ən yaxşı ssenarist seçilib.

Norveçli aktrisa Renate Reinsve ən yaxşı aktrisa, Kaleb Landi Cons isə ən yaxşı aktyor mükafatını qazanıb.

Qeyd edək ki, iyulun 7-də başlayan Kann Film Festivalının münsiflər heyətinə amerikalı aktyor Spike Li sədrlik edib. Festivalda təhlükəsizlik və gigiyena prosedurları tətbiq edilib, iştirakçılar “Covid” testi verib, maska taxmaq tələbinə riayət ediblər.