Tribuna İnformasiya Agentliyi

Kanadada “Qurani-Kərimi”n səhifələrini cırdılar

24 Mart

Kanadanın Toronto şəhərində Peel Bölgəsində Xalq Məktəbləri Rəhbərliyinin yığıncağına basqın edən bir qrup məktəblərdə cümə namazı qılınmasına icazə verilməsini etiraz edərək “Qurani-Kərimi”n səhifələrini cırıb. 

Kanadanın Toronto şəhərində Peel Bölgəsində Xalq Məktəbləri Rəhbərliyinin yığıncağına basqın edən bir qrup məktəblərdə cümə namazı qılınmasına icazə verilməsini etiraz edərək “Qurani-Kərimi”n səhifələrini cırıb.

Publika.az xəbər verir ki,bu məsələ ilə bağlı Xalq Məktəbləri Rəhbərliyi başçısı Janet McDougald ölkənin rəsmi nəşri CBC-yə açıqlama verib.

O bildirib ki, məktəbdə tələbələrə 20 ildir cümə namazı qılmasına icazə verilir:

“Son iki aydır kiçik, amma səsi çox çıxan bir qrup yığıncaqlarımıza basqın edərək etiraz nümayiş etdirir. Bu barədə artıq polisə də məlumat vermişik.Yalnız polisin təhlükəsizlik tədbirlərindən sonra artıq yığıncaqlarımızı keçirə bilirik”-deyə J.McDougald bildirib.

Məktəbin rəsmi internet saytında hadisə ilə bağlı verilən şərhdə cümə namazına verilən icazənin təhsilin keyfiyyətinə mənfi təsir göstərmədiyi bildirilib.

Polisin nəzarəti altında keçirilən sonuncu iclasda ölkənin uşaq və gənclər naziri Mişel Coteu və təhsil naziri Mitzie Hunter də iştirak edib. Onların birgə yaydığı bəyanatda dinlərə qarşı dözümsüzlüyə qarşı ən yaxşı mübarizənin dini azadlıq olduğunu bildiriblər.

Qeyd edək ki, iclasa basqın edib “Qurnani-Kərimi” cıran qrupa qarşı hər hansı əməliyyat tətbiq edilməyib. Bu məsələ isə nə məktəb rəhbərliyi, nə də nazirliklər tərəfindən şərh edilməyib.