Tribuna İnformasiya Agentliyi

Kanadada ayı ana və körpə qızını parçalayıb

28 Noyabr

Kanadanın Yukon əyalətində 37 yaşlı qadın və 10 aylıq qızı ayı hücumunun qurbanı olub.

“Report” “CBS” telekanalına istinadən xəbər verir ki, hücum zamanı onlar Eynarson gölü sahilindəki evlərinin yanında olublar.

Hadisə bazar ertəsi günü, noyabrın 26-da, Valeriya adlı qadın qızı ilə gəzintiyə çıxan zaman baş verib.

Ərazidə koroner vəzifəsini icra edən Yukonun sözlərinə görə, ölənlərin meyitlərinin qadının həyat yoldaşı aşkar edib. Kişi evə qayıdan zaman 100 metr aralıda ayı görüb. O, yırtıcını tüfənglə vura bilib. Daha sonra isə evin qapısında həyat yoldaşı və qızını tapıb, onlar ölmüş vəziyyətdə olublar. Ailə başçısı yaxınlıqdakı Mayo kəndindən “təcili yardım” çağırıb.

Bildirilir ki, ailə bu evi 3 il öncə alıb. Lakin müəllim işləyən qadın ora nadir hallarda gedirmiş. Təbiət qoynunda yaşamaq fürsəti analıq məzuniyyəti zamanı yaranıb. Dostları bildirir ki, mərhum vəhşi təbiətdə yaşamaq üçün kifayət qədər təcrübəyə malik olub.

Bundan əvvəl Azərbaycanda yırtıcı heyvanlar sakinlərə hücum edərək 4 nəfərə xəsarət yetiriblər.