Tribuna İnformasiya Agentliyi

Kanada prezidentinin birinci xanımla salamlaşdığı anlar gündəmə çevrildi – VİDEO

13 İyul
Kanada prezidentinin NATO Sammitində Belçikanın ölkə başçısına əlini uzadıb son anda həyat yoldaşına sarılıb öpməsi sosial mediada xoş qarşılanmayıb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Kanadanın dövlət başçısı Justin Trudeaunun Belçikalı həmkarı Çarlz Mişel və xanımını salamlama tərzi sosial mediada mübahisə mövzusuna çevrilib.
Trudeau Brüsseldəki NATO üzvü ölkələrin axşam yeməyində Micheli görməməzlikdən gələrək həyat yoldaşına sarılıb və onu öpüb. Yayımlanan görüntülərdə prezidentin əvvəl Belçikalı həmkarına əl uzatdığı, ancaq sonra fikrini dəyişərək xanımına tərəf getdiyi görünür.
Bəzi sosial media istifadəçiləri bu hərəkəti yersiz hesab edərək ev sahibliyi edən ölkənin liderinə qarşı belə hörmətsiz davranmağın düzgün olmadığını bildiriblər.