Tribuna İnformasiya Agentliyi

Kanada 1 milyondan çox miqrant qəbul edəcək

12 Yanvar
Kanada 1 milyon 80 min miqrant qəbul etməyə hazırlaşır.
TİA.AZ  xəbər verir ki, bu barədə ölkənin Somali əsilli vətəndaşlıq və miqrasiya naziri Əhməd Hüseyn danışıb. Miqrasiya planına görə, 2019-cu ildə 350 min, 2020-ci ildə 360 min, 2021-ci ildə isə 370 min miqrant qəbul ediləcək.
Addımın səbəbi ölkədə gənclərin və işçi qüvvəsinin sayını artırmaqdır. Bildirilir ki, 2035-ci ilə qədər Kanadada 5 milyon vətəndaş təqaüdə çıxacaq.