backend

KAMRAN ƏSƏDOV:”BU İXTİSASA EHTİYAC YOXDUR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) sayı artırılması ilə bağlı ötən gün Nazirlər Kabineti  “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat”ında dəyişiklik edib. 

Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) sayı artırılması ilə bağlı ötən gün Nazirlər Kabineti  “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat”ında dəyişiklik edib.

Dəyişikliyə əsasən Humanitar və sosial ixtisaslar qrupu üzrə jurnalistikada “idman jurnalistikası”, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə bədən tərbiyəsi və idmanda “idman tibbi və reabilitasiya” ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sırasına daxil edilib. Eyni zamanda bədən tərbiyəsi və idmanda “bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya” ixtisasının isə adı dəyişdirilib, “bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” ixtisası adlandırılıb.

İdman xəbərləri aparmaq üçün xüsusi ixtisasın yaradılması  nə qədər zəruridir. Mədəniyyət, sosial,iqtisadi jurnalistika ixtisasları da əlavə edilsə yaxşı olmazdımı?

Təhsil üzrə ekspert  Kamran Əsədov TİA.AZ-a bildirdi ki, bakalavr pilləsindən fərqli olaraq, magistr pilləsində ali məktəblər ixtisaslaşmış kadr hazırlığı həyata keçirir: “Lakin bu ixtisaslaşma aparılan bəzi yerlərdə ziddiyyət təşkil olan faktlar mövcuddur. Onlardan biri də idman jurnalistikası ixtisasıdır. Hesab edirəm ki, idman jurnalistikası hazırlanması o qədər də üstün və qəbul edilən deyil. İlk ona görə ki, bu sahə o qədər də araşdırma, tədqiqat tələb edən sahə deyil, daha çox informasiya vermək funksiyasını yerinə yetirir. Düşünürəm ki, bu tipli ayrıca ixtisas sosial, iqtisadi, siyasi bölmələr üzrə ayrıca kadr hazırlığı həyata keçirilmək daha effektiv olardı. Çünki bu mövzular üzrə daha keyfiyyətli, ziddiyət yaratmayan peşəkar jurnalistlərə ehtiyac var. Hesab edirəm ki, idman jurnalistikası ixtisası o qədər də ehtiyac duyulan sahə deyil. Çünki əmək bazarında bu ixtisas təhsili almış kadrlara olan tələbat aşağı səviyyədədi”.

Nilufər