Kamil Zeynallı: “İdman zallarının bağlı qalması birbaşa sağlamlığa ziyandır”backend

Kamil Zeynallı: “İdman zallarının bağlı qalması birbaşa sağlamlığa ziyandır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İdman sağlamlıqdır, buna görə də zalların bağlı qalması birbaşa sağlamlığa ziyandır. Hər gün məşq edən insanlar zallar açıq olanda rahat gedib məşq edirdi, formada qalmağa çalışırdı. Ancaq 1 ildən çoxdur ki, məşq edə bilmirik”.
Bu sözləri  açıqlamasında tanınmış idmançı Kamil Zeynallı deyib.
O bildirib ki, idman zallarının bağlı olması bütün idmançıları narahat edir: “Fiziki güc üçün məşqlər, təmiz hava lazımdır. Virus səbəbindən açıq havada da maska taxmaq məcburiyyətindəyik, bunlar da bir-biri ilə əlaqəlidir. Buna görə də hazırki vəziyyət fiziki gücümüzə, sağlamlığımıza ciddi təsir edir”.
Kamil Zeynallının sözlərinə görə idman zalların bağlı olsa da, məşq etmək istəyən bunu evdə də edə bilər: “Bu müvəqqəti bir şeydir. Amma idman etmək istəyən hər kəs bunu edə bilər, özü evdə də edə bilər. Məsələn, mən zal bağlı olsa da, açıq havada dartınmaqla, qaçmaqla məşq edə bilərəm”.
O bildirib ki, idman zallarının fəaliyyətinə icazə veriləndən sonra işinin başına dönəcək: Zalların bağlı olması səbəbindən bu işimdən uzaqlaşmışam. Dövlətin qoyduğu qanun qanundur, gizlində işləmirəm. İnşallah, zallar açıldıqdan sonra öz işimin başına qayıdacam”.