Kamal Sunalın “Qorxmaz qorxaq” filmi gerçək oldu: Sarsıdıcı hadisə (FOTO)backend

Kamal Sunalın “Qorxmaz qorxaq” filmi gerçək oldu: Sarsıdıcı hadisə (FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türk kinosunun əfsanəvi ismi Kamal Sunalın “Qorxmaz qorxaq” filmi Balıkesirdə gerçəkləşib. 17 yaşlı Bektaş Bozbəyin MRT görüntüləri 80 yaşlı başqa bir xəstənin MRT görüntüləri ilə qarışdırılıb.
TİA.AZ inanılmaz hadisənin təfərrüatını təqdim edir.

Sentyabr ayında əli əsdiyinə görə xəstəxanaya müraciət edən 17 yaşlı Bektaş Bozbəyin MRT görüntüləri başqa bir xəstənin görüntülərinə qarışıb. Qarışan MRT görüntülərində övladlarının çox təhlükəli xəstəliyə tutulduğu müəyyən edilsə də, Bektaşın təcili yardımla Bursaya göndərilməməsi onun ailəsinin qəzəbinə səbəb olub.
Ata Xəlil Bozbəy bu vəziyyətin tam bir qalmaqal olduğunu dilə gətirib:
“Oğluma MRT görüntülərinə görə səhv müalicə edilsəydi, necə olacaqdı? Ya səhv əməliyyata aparılsaydı? Bunun məsuliyyəti kimin üzərində olacaqdı? Başqa məsələ bizim şəkillərimizə qarışan rentgenin əsl sahibinin kim olmasıdır. Yəqin ki, oğlumun MRT-si də ona verilib və hazırda xəstəliyindən xəbərləri yoxdur. Həmin adamın da çox ağır xəstəliyi var, amma əlindəki rentgen şəkilləri oğluma aid olduğundan yəqin ki, həkimlər “problem yoxdur” deyiblər. Həkimlərlə danışanda MRT aparanları günahlandırırlar. Uşaq nevroloqu İ.D.Ç.-dən şikayətçiyəm. Oğlumun xəstəliyi bu qədər ağır idisə, niyə bizi təcili yardımla Bursaya göndərmədilər? Niyə bizi öz başımıza buraxdılar? Mən bu işi belə qoymayacağam”.