Kalmıkların dini lideri Ukraynanı dəstəklədibackend

Kalmıkların dini lideri Ukraynanı dəstəklədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kalmıkiya Ali Laması Telo Tulku Rinpoçe Rusiyanın apardığı işğalçı müharibəni pisləyib və Ukrayna tərəfinin haqlı olduğunu bəyan edib.

TİA.AZ  Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, Rusiyada vilayətin dini lideri tərəfindən müharibə ilə bağlı səsləndirilən ilk ictimai tənqiddir.

Lama müharibəni “böyük əzab” adlandırıb və ona ehtiyac olmadığını bildirib.

“Ukrayna tərəfi, əlbəttə ki, haqlıdır. O öz ölkəsini, torpağını, öz həqiqətini, öz konstitusiyasını, xalqını müdafiə edir. Rusiyanın haqlı olduğunu demək və qəbul etmək çox çətindir”,  dini rəhbər vurğulayıb.

Telo Tulku Rinpoçe qeyd edib ki, o hakimiyyətlə buddistlər arasında münasibətləri korlamaq istəmədiyi üçün əvvəllər Ukraynadakı müharibəni şərh etməyib. İyunun ortalarında isə o, Ukrayna hadisələrinə konkret istinad etmədən müharibə əleyhinə bəyanatla çıxış edib.