Tribuna İnformasiya Agentliyi

Kaliforniya polisi “su pərisinə” rast gəlib

06 Aprel

“The İndependent” yazır ki, ABŞ-ın Kaliforniya ştatının polis zabitləri özünü “su pərisi” adlandıran qadının kimliyini müəyyənləşdirməyə çalışırlar. 

“The İndependent” yazır ki, ABŞ-ın Kaliforniya ştatının polis zabitləri özünü “su pərisi” adlandıran qadının kimliyini müəyyənləşdirməyə çalışırlar.

Qadın polis zabitlərinə adının Joanna, özünün isə su pərisi olduğunu deyib.

O Fresno şəhərində aşkar edilərkən saçları yaş idi və yaxınlıqdakı göldən çıxdığını deyirdi.

Sonrakı müayinə qadının hər iki ayaq pəncəsində barmaqların bir-birinə bitişik olduğunu göstərib.
Qadın ona verilən əksər suallara “bilmirəm” cavabı verir.

Fresno polisi “The İndependent” qəzetinə bildirib ki, qadın aprelin 4-də, səhər saat 3 radələrində gölkənarı yolla gedərkən aşkar olunub.

Onu buradan Fresno xəstəxanasına aparıblar.

Polis qadının davranışını “cəfəng” və “müəmmalı” adlandırır. Xəstəxana mənbələri onun “şüurlu” olduğunu, lakin suallara cavab verməkdə çətinlik çəkdiyini bildiriblər.

Ən son məlumata görə, polis qadının kimliyini aşkar etdiyini güman edir və hazırda məlumatların rəsmi təsdiqini gözləyir (BBC).