Tribuna İnformasiya Agentliyi

Kaliforniya ABŞ-dan ayrılır

22 Noyabr

ABŞ-ın Kaliforniya ştatının müstəqil olmasının tərəfdarları ştat prokurorluğuna ABŞ-ın tərkibindən çıxmaqla bağlı referendum təklifi irəli sürüblər. 

ABŞ-ın Kaliforniya ştatının müstəqil olmasının tərəfdarları ştat prokurorluğuna ABŞ-ın tərkibindən çıxmaqla bağlı referendum təklifi irəli sürüblər.

TİA.AZ AzVision.az-a istinadən xəbər verir.

Məlumata əsasən referendumun təşəbbüskarı “Yes California” hərəkatıdır. Fəallar onların təşəbbüsünün “Calexit: Kaliforniyanın müstəqilliyi ilə bağlı 2019-cu ilin plebissiti” adı altında qeydiyyata alınmasını istəyiblər. Ərizənin qeydiyyatından sonra onlar referendumla bağlı dəstək imzaları toplayacaqlar. Təşəbbüskarların sözlərinə görə, onlarda artıq bu məqsədlə 13 min səs var.

Hərəkatın həmtəsisçisi və vitse-prezidenti Markus Ruis Evans referendumun keçirilməsi barədə məsələnin gələn il qaldırılması planlaşdırılırdı, lakin Donald Trampın seçkilərdə qalib gəlməsi onları bu prosesi sürətləndirməyə məcbur edib: “Bütün bunlar realdır. Biz buna ciddi olaraq yanaşırıq”.

Kaliforniyanın müstəqilliyinin tərəfdarları səsvermənin 2019-ci il martın 13-də keçiriləcəyinə ümid edirlər.