Kafe və restoranların iş saatı açıqlandıbackend

Kafe və restoranların iş saatı açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqqında qərar qəbul edib.

TİA.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd olunub.

Bildirilib ki, həmin rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçiriləcək.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki