KAFE VƏ RESTORANLAR NƏ VAXT AÇILACAQ? – Rayonlara gediş-gəlişin bərpa olunacağı vaxt açıqlandıbackend

KAFE VƏ RESTORANLAR NƏ VAXT AÇILACAQ? – Rayonlara gediş-gəlişin bərpa olunacağı vaxt açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti həftələrdə, avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur. 

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib:“Azərbaycanda növbəti həftələrdə kafe və restoranların açıq hissələrinin açılması, rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur”.

“Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq”, – deyə o, qeyd edib.

O bildirib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir: “Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır.Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.