“Kadırovçular”ın “TikTok qoşunu”na çevrilməsinin səbəbi nədir? – Müfti açıqladıbackend

“Kadırovçular”ın “TikTok qoşunu”na çevrilməsinin səbəbi nədir? – Müfti açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Daha çox “TikTok qoşunu” kimi tanınan “kadırovçular” Ukraynada səhnələşdirilmiş “qələbə” videoçarxlarını reklam üçün çəkirlər. Bu videolar iki auditoriyaya yönəlib”.
TİA.AZ xəbər verir ki, bu barədə RBK-Ukraynaya müsahibəsində Ukrayna Müsəlmanları Ruhani İdarəsinin “Ümmə” müftisi Səid İsmayılov məlumat verib.
Onun sözlərinə görə, Kadırovun çeçen bölmələri səhnələşdirilən videolarına görə müsəlman dünyasında da lağa qoyulur. Bu “reklam” iki auditoriyaya yönəlib.
“Birincisi, Rusiyadaxili auditoriyadır, onlara bunu göstərirlər: “görün, biz burada necə asanlıqla və faktiki olaraq heç bir itkisiz hər yeri ələ keçirir, döyüşürük, hamımız cəsur müsəlmanıq”. Bu, Rusiyadakı müsəlmanlar üçün səfərbərlik videosu rolunu oynayır. Digər tərəfdən, bütün bu reklamlar ərəb-müsəlman dünyasına yönəlib”, – İsmayılov bildirib.
Müfti qeyd edib ki, ərəb-müsəlman dünyasında Rusiyaya həqiqətən də böyük rəğbət və dəstək var. Ona görə də “kadırovçular” da bu tamaşaçı auditoriyası üçün işləyir.
“Hətta əminəm ki, bunu ərəb ölkələrində – İranda, Pakistanda, Suriyada göstərmək üçün çəkirlər. Ki, göstərsinlər: “Bax, Rusiya müsəlmanları elə dindardırlar, elə düz yoldadırlar ki, burada bu millətçi və faşistlərə – ukraynalılara qarşı döyüşürlər”. Bütün bunlar bu məcrada təqdim olunur”, – İsmayılov əlavə edib.
Müfti həmçinin qeyd edib ki, “kadırovçular” kontent xatirinə dindarlığı önə çəkirlər.
Bundan əvvəl “kadırovçular” Ukraynanın işğal olunmuş ərazilərində səhnələşdirilmiş videoçarxlar çəkməklə, həmçinin Mariupola nəzarəti ələ keçirməklə bağlı səs-küylü bəyanatlar səsləndirməklə fərqlənib və dərhal təkzib olunublar. Kadırov özü isə bildirib ki, guya o, Kiyev və Mariupola səfər edib, sonradan bunun da saxta olduğu üzə çıxıb.
Eyni zamanda, artıq Ukraynada “kadırovçular” tərəfindən hərbi cinayətlər törədildiyinə dair sübutlar var.