Kadırova general-leytenant rütbəsinin təqdim olunduğu mərasim (VİDEO)backend

Kadırova general-leytenant rütbəsinin təqdim olunduğu mərasim (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vladimir Putinin əmri ilə Kadırova general-leytenant rütbəsi verilib.
TİA.AZ xəbər verir ki, Kadırovun mükafat aldığı görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi başlayandan Rusiya ordusuna dəstəyini əsirgəməyən və Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramzan Kadırov işğalın ilk günlərində bölgəyə minlərlə çeçen döyüşçüsü göndərib.
Kadırov ötən həftə Mariupoldakı əsgərlərinin görüntülərini də paylaşıb və 14 yaşlı oğlu ilə Ukraynada olduqlarını açıqlayıb. O, burada öz əsgərləri ilə şəkil çəkdirib.
Fotolarda Rusiya bayrağı ilə yanaşı, Kadırovun şəkli olan bayraqlar da görünüb.