Kadırov yüz milyonlarla dolları necə qazanır? – Çeçenistan rəhbərinin nəhəng biznesi üzə çıxdıbackend

Kadırov yüz milyonlarla dolları necə qazanır? – Çeçenistan rəhbərinin nəhəng biznesi üzə çıxdı

“Keçmiş Moskva daşınmaz əmlak dəllalı Pavel Krotov Çeçenistanın başçısı Ramzan Kadyıova aid bizneslərin nominal sahibi ola bilər. Çeçenistan elitasının maraqlarıçərçivəsində Krotova azı iki dəfə Kadırovun yüz milyonlarla dollarlıq aktivlərinə giriş verilib. Bu bizneslərdəöz payını götürəÇeçenistan rəhbərliyi bunun müqabilində münaqişəli vəziyyətlərin çözülməsini və Rusiya prezidenti Vladimir Putinə birbaşçıxışı təmin edib”.

Rusiyadakı “Proyekt” müstəqil araşdırma mərkəzinin məlumatında belə deyilir. Mərkəz iddia edir ki, Kadırov və onun yaxın qohumu, Dövlət Dumasının deputatı Adam Delimxanov qondarma fərdlərin vasitəsilə yüz milyonlarla dollar sərvət qazınırlar. Beləliklə rəsmən heç bir biznesləri olmayan Çeçenistan elitası bəyannamə verməli olmur. Bu işi onların əvəzinə bəzən sərvəti milyardlarla ölçülən dostların və qondarma şəxslərin genişşəbəkəsi görür.

“Proyekt” mülkiyyət dəllalı Krotovun belə qondarma şəxslərdən biri olduğunu iddia edir.

Qrenadanın ticarət attaşesi

Bu da qeyd olunur ki, Krotov eyni zamanda Qrenadanın Rusiyadakı ticarət attaşesidir və deməli hər hansı cinayət təqibindən diplomatik toxunulmazlığa malikdir. Maraqlıdır ki, bu ada-dövlətin Rusiyadakı səfiri də Odessa doğumlu Oleq Firerdir. Onun Qazaxıstanın ən zəngin biznes adamlarından Kenes Rakişevlə sıx əlaqələri var. “Proyekt” saytının iddiasına görə o da Ramzan Kadırovun biznes partnyorlarından biridir.

O da iddia edilir ki, onun BTA bankın keçmiş sahibinin aktivlərinə yiyələnməsinə, habelə Murmanskdakı Vitino neft limanına nəzarəti ələ almasına da Kadırov kömək edib. “Proyekt” ehtimal edir ki, bu şirkətin təsisçilərindən biri də Krotovun qayını ola bilər.

Bundan əvvəl “Vedomosti” qəzeti Krotovun Yevrosement şirkəti sahibinin 600 milyon dollarlıq borcunu almasını iddia etmişdi.

“Kommersant” ehtimal edirdi ki, Krotov Kadırovun Tsentoroydakı iqamətgahının tikintisinə rəhbərlik edib. “Proyekt” yazır ki, biznesmen tikintinin smetası, layihəsi və hətta Çeçenistan başçısının təhlükəsizliyi ilə məşğul olub. Bu da bildirilirdi ki, bu iqamətgahın təkcə layihəsinin üzərində görülmüş işin dəyəri Kadırovun illik gəlirindən çoxdur.

Alla Puqaçovanın keçmiş kürəkəni

Proyekt iddia edir ki, Kadırov “Rusiya Mis” şirkəti səhmlərinin 20 faizinin dostu Ruslan Baysarov tərəfindən alınmasına birbaşa dəstək verib. Məşhur müğənni Alla Puqaçovanın keçmiş kürəkəni bu yolla şirkətin 900 milyon dollarlıq aktivlərinə sahiblənib. Bu sövdələşmə həyata keçdikdən sonra “Rusiya Mis”şirkətinin sahibi İqor Altuşkinin hüquq-mühafizə orqanları ilə problemlərinə son qoyulub.

Kadırov onun üçün Putinlə olan problemləri yoluna qoyurdu. Bunun əvəzində ona Çeçenistandakı layihələrdə iştirak imkanı yaradılmışdı. Amma o bir neçə ildən sonra öz payını təkrar satın aldı.

“Proyekt” müsahibinin sözlərinə görə, “çeçenlərdən gələn ziyan, onlardan gələn xeyri üstələmişdi”.

Bu məqalədə adı keçənlərdən yalnız Krotov şərh verməyə razılaşıb. O Kadırov və Delimxanovla hər hansı iş birliyini inkar edib: “Bu dəqiqdir ki, mən xalis pravoslav rus olaraq heç bir çeçen elitasına işləmirəm”. (azadliq.org)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki