Tribuna İnformasiya Agentliyi

Kadırov sərhədi yenidən müəyyən edəcək

08 Sentyabr

Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov respublikanın administrativ sərhədinin dəqiqləşdirilməsi məqsədi ilə dövlət komissiyasının yaradılması haqqında fərman imzalayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sərhədin dəqiqləşdirilməsi və mübahisəli məsələlərin həlli üçün müvafiq strukturlara lazımı sənəd və materialların hazırlanması tapşırılıb.

Komissiyaya Çeçenistan parlamentinin spikeri Maqomed Daudov rəhbərlik edəcək.

Komissiyanın işinə R.Kadırov şəxsən nəzarət etmək niyyətindədir.