Kadırov qafqazlılarla bağlı fikirlərinə görə Simonyanı sərt tənqid etdibackend

Kadırov qafqazlılarla bağlı fikirlərinə görə Simonyanı sərt tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çeçenistan rəhbəri Ramzan Kadırov RT nəşrinin baş redaktoru Marqarita Simonyanı sərt tənqid edib. Kadırovun tənqidi Simonyanın Yeni Moskvada baş verən konflikt haqqında fikirləri ilə bağlı olub.
Qaynarinfo xəbər verir ki, siyasətçi özünün “Telegram” kanalında Simonyana hər hansı bir mövzu ilə bağlı fikir söyləməzdən əvvəl informasiyanı dəqiqləşdirməyi tövsiyə edib.
“Bir daha “Qafqaz əsilli” Simonyana xatırlatmaq istərdim ki, nüfuzlu, ciddi kütləvi informasiya vasitəsinin baş redaktoru açıqlama verməzdən əvvəl informasiyanı yoxlamalı, daha sonra nəticə çıxarmalıdır”, – deyə Kadırov bildirib.
O, həmçinin qeyd edib ki, müxtəlif mətbuat orqanlarının baş redaktorlarından nəyə görə qafqazlılar haqqında mənfi xatırlatma etdikləri barədə soruşanda, dəfələrlə bunsuz baxış sayının olmayacağını söylədiklərini vurğulayıb. Kadırov bildirib ki, nəyə görə Qafqazdan başqa digər regionlardan olanların adları çəkilmir, digər regionlardan olanların etnik və ya dini mənsubiyyəti vurğulanmır.
“Məktəbdə qətl, nəhəng korrupsiya sxemləri, dövlətə xəyanət və digər səs-küylü cinayətlər – gəlin, burada da milliyəti yazaq, ya da heç olmasa “slavyan milliyətli şəxs”, “Moskva əsilli” yazaq”, – deyə R.Kadırov qəzəbini ifadə edib.
Qeyd edək ki, Marqarita Simonyan Yeni Moskva ərazisində baş verən kütləvi dava ilə bağlı fikir səsləndirərkən, bu cür davranışın yoxlamaların qayıtmasına (qeydiyyat sənədləri) səbəb olacağını bildirmişdi.