Tribuna İnformasiya Agentliyi

Kadırov: ABŞ mənim atlarıma nifrət edir

14 Mart

Rusiya hakimiyyətinə qarşı qanun layihəsi hazırlayan ABŞ-ın nümayəndələr palatası açıq şəkildə Rusiya-ABŞ münasibətlərini korlamağa çalışır.

Bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov öz “Telegram” kanalında bildirib.

Kadırovun sözlərinə görə, qanun layihəsinin hazırlanması üçün bəhanə olaraq rusiyalı siyasətçi və dövlət xadimi Boris Nemtsova qarşı sui-qəsdi göstərirlər və onu cinayəti törətməkdə təqsirləndirilən şəxs Zaur Dadayev barədə “xoş sözlər” deməkdə ittiham edirlər.

O qeyd edib ki,  istədiyi fikri səsləndirməyə tam haqqı var və ABŞ qanunverici orqanının çıxaracağı qərar onun heç vecinə də deyil.

Kadırovun dediyinə görə, ABŞ öz siyasəti ilə “Rusiyanı diz çökdürməyə” can atır, ancaq “nə qədər ki ölkədə milyonlarla vətənə sadiq oğul yaşayır”, onlar heç bir şeyə nail ola bilməyəcəklər.

“Vaşinqtonda təkcə mənə yox, amerikalı çapağanlara güclü rəqib olan atlarıma da nifrət edirlər”, – deyə Kadırov vurğulayıb.