Kabul hava limanında 4000-dək ABŞ hərbçisi yerləşdirilibbackend

Kabul hava limanında 4000-dək ABŞ hərbçisi yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Kabul hava limanında ABŞ-ın 4000-dək hərbçisi var.

TİA.AZ xəbər verir ki, bu barədə Reuters amerikalı məmura istinadən məlumat yayıb.

Qeyd edilib ki, amerikalıların, ABŞ müttəfiqlərinin vətəndaşlarının və Əfqanıstandan olan qaçqınların çıxarılmasını təmin etmək üçün ABŞ Silahlı Qüvvələrinin bölmələri Kabul hava limanına göndərilib.

Bildirilib ki, ABŞ hakimiyyəti təxliyə əməliyyatını 31 avqust tarixinə qədər başa çatdırmaq niyyətindədir.

Qeyd edək ki, Pentaqonun sözçüsü Con Kirbi açıqlamasında deyib ki, avqust 25-də Kabil hava limanında 5,4 min ABŞ hərbçisi var idi.