Kabil aeroportunda halı pisləşən uşağın valideynlərindən Azərbaycan sülhməramlılarına təşəkkür – VİDEObackend

Kabil aeroportunda halı pisləşən uşağın valideynlərindən Azərbaycan sülhməramlılarına təşəkkür – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Kabil aeroportunda halı pisləşən uşağın valideynləri övladlarına kömək edən Azərbaycan sülhməramlılarına təşəkkür ünvanlayıblar.

Bununla bağlı “Caliber”in “Telegram” kanalında video yerləşdirilib.

Belə ki, insanların sıx olduğu yerdə, aeroporta girişdə Türkiyə vətəndaşlarının uşaqlarının halı pisləşib. Onlar kömək üçün bizim sülhməramlılara müraciət ediblər.

Sözügedən videoda qardaş ölkənin vətəndaşları göstərdikləri köməyə görə Azərbaycan sülhməramlılarına minnətdarlıqlarını bildirirlər.

Qeyd edək ki, Əfqanıstanda NATO qüvvələrinin tərkibində xidmət edən azərbaycanlı sülhməramlıların insan izdihamının içindən uşaqlara yardım görüntüləri yayılıb.