Tribuna İnformasiya Agentliyi

Kəşfiyyat şefi Trampın Putini Vaşinqtona çağırmasına təəccüblənib

20 İyul

ABŞ prezidenti Donald Trampın Putini payızda Vaşinqtona dəvət etməsindən təəccübləndim. Putinin Vaşinqtona səfəri xüsusi bir hadisə olacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının rəhbəri Den Kouts danışıb.

Məlumata görə, Kouts Kolorado ştatında forumda çıxış edərkən ona Trampın görüşlə bağlı tapşırıq verdiyi bildirilib. Bu zaman Kouts təəccübünü gizlətməyərək “Xahiş edirəm, bir daha təkrarlayın” deyib. Bundan sonra isə auditoriyanın gülüş sədaları altında “Olsun, bu nəsə xüsusi bir hadisə olacaq” cavabını verib.

Daha sonra Milli Kəşfiyyatın rəhbərindən Trampa Putinlə ikinci dəfə təkbətək görüşməyi məsləhət görüb-görməməsi soruşulub:

“Əgər bu məsələ məndən asılı olsaydı, bunu etməyin başqa yollarını axtarardım”.

Xatırladaq ki, Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ Prezidenti Donald Trampın Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltona Rusiya liderini payızda Vaşinqtona dəvət etməklə bağlı göstəriş verdiyini açıqlamışdı.