Tribuna İnformasiya Agentliyi

Kənd Təsərrüfatı Dövlət Xidmətinin yeni rəisi kimdir? – DOSYE

10 May

Mirzə Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub.

Minval.İnfo Mirzə Əliyevin dosyesini təqdim edir:

Mirzə Əliyev 1986-cı il aprelin 1-də Bakı şəhərində anadan olub.

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsini bitirib.

Əmək fəaliyyətinə 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki (İsveçrə) ofisində başlayıb.

2011-ci ildə “Holcim Azərbaycan” ASC-də marketinq şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Daha sonra 2015-ci ildə “Kapital Bank” ASC-nin direktorunun Strategiya departamenti üzrə müavini vəzifəsində fəaliyyətini davam etdirib.

Həmin ildən “Azərbaycan Dəmir Yolları” QSC-də investisiya üzrə rəis müavini vəzifəsində çalışıb.

Subaydır.