Jurnalistlərin növbəti vaksinasiyasının vaxtı açıqlandıbackend

Jurnalistlərin növbəti vaksinasiyasının vaxtı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mayın 31-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək.
TİA.AZ bildirir ki, həmin gün həm aprelin 26-da COVID-19 infeksiyasına qarşı vaksin olunmuş jurnalistlərə vaksinin ikinci dozası tətbiq ediləcək, həm də vaksinasiyadan keçməmiş media təmsilçilərinə peyvənd olunmaq üçün şərait yaradılacaq.
Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir.