Tribuna İnformasiya Agentliyi

Jurnalist Təbriz Məhərrəmoğluna yeni vəzifə verildi

30 Aprel

Jurnalist Təbriz Məhərrəmoğluna (Cəlilov) vəzifə verilib.

GoldNews.Az xəbər verir ki, jurnalist Azərbaycan-İsrail Geopolitik İnnovasiyalar Mərkəzi, İsrail -Azərbaycan Hüquq Mərkəzinin mətbuat xidmətinin rəhbəri təyin olunub.

Mərkəzin sədri, hüquq eksperti İsmayıl Zalov, ictimai-siyasi məsələlər üzrə sədr müavini İlham Kərimov, aparat rəhbəri Əhməd Salamov “Leykemiya (Qan xərçəngi) xəstəliyinə qarşı mübarizə”  aksiyası keçiriblər. Keçirilən aksiyada leykemiya xəstələrinə dövlət rəhbərliyinin qənaətbəxş diqqət, qayğı və dəstəyi xüsusilə vurğulanıb.

Qeyd edək ki, Azərbaycan-İsrail Geopolitik İnnovasiyalar Mərkəzi, İsrail -Azərbaycan Hüquq Mərkəzinin yeni formatında məsul rəhbər şəxslər aşağıdakılardır;

1) Sədr _ Hüquq Eksperti İsmayıl Zalov.

2) Fəxri Sədr Müavini _ “Heydər Əliyev Fondu”nun vitse-prezidenti, İctimai xadim _ Leyla xanım Əliyeva.

3) Avropa və Rusiya Federasiyası Üzrə Fəxri Sədr Müavini _ Yəhudi mənşəli Qod Nisanov.

4) Ağsaqqallar Şurasının sədri _ Akademik Arif Paşayev.

5) Azərbaycan Dağ  Yəhudiləri İcmasının sədri _Yevdayev Milix      İlxanonoviç.

6) Azərbaycan Respublikası Bakı-Avropa Yəhudilərinin Dini İcmasının sədr müavini İsrafilov İlqar.

7) İctimai-siyasi məsələlər üzrə sədr müavini _ İlham Kərimov.

8)Aparat rəhbəri _Əhməd Salamov.

9) Hüquq Mərkəzinin sədri _ Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü_ Maşalla Şirvanov.

10) Azərbaycan-İsrail İdman Mərkəzinin sədri _ 5 qat Dünya Çempionu, “Xocalı İdman Klubu”nun prezidenti Ehram Məcidov.

11) Turizm sektorunun müdiri, Gənclər Təşkilatının sədri _ Kamran Qarayev.

12) Aparat Rəhbərinin Köməkçisi _ İlqar Kərimov.

13) İsrail Nümayəndəliyinin rəhbəri _ İsrailin Azərbaycan Respublikasındakı səfiri _ Dan Stav.

14) Rusiya Federasiyası Nümayəndəliyində Gənclər Təşkilatının rəhbəri _ Yaron Mehirov.

15) Çin Xalq Respublikası Nümayəndəliyinin sədri _ Namiq Quliyev.

16) ABŞ  Nümayəndəliyində Qadınlar Şurasının sədri _
_ ABŞ vətəndaşı İrina Şaulovna.

17) Baş mühasib _ Qüdrət Qarayeva.

18) Azərbaycan-İsrail Mədəniyyət şöbəsinin müdiri _ Əməkdar artist Zöhrə Abdullayeva.

19) Ticarət Palatasının sədri _ Rafayel Hacıyev.

20) Gürcüstan Respublikası Nümayəndəliyinin rəhbəri _ Emzari Məmmədzadə.

21) Almaniya üzrə Nümayəndəliyin rəhbəri _ Vəli Əliyev.

22) Mətbuat xidmətinin rəhbəri _ Təbriz Cəlilov.

23) Protokol şöbəsinin rəisi _ Rəhimov Tofiq.

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin siyasətinə dəstək olaraq, təşkilatın qarşıdakı  fəaliyyətinə uğurlar olsun!!!

Onu da əlavə edək ki, Təbriz Cəlilov Yenigundem.Az saytının baş redaktorudur.