JURNALİST DEPUTATI FAKT QARŞISINDA QOYDU – SƏNƏDLƏR ÜZƏ ÇIXDI(FOTOLAR)backend

JURNALİST DEPUTATI FAKT QARŞISINDA QOYDU – SƏNƏDLƏR ÜZƏ ÇIXDI(FOTOLAR)

Xəbər verdiyimiz kimi, araşdırmaçı jurnalist Cavanşir Həsənli ötən gün deputat Ağalar Vəliyev və oğlunun şirkət sahibi olması, həmin şirkətin isə Gürcüstana 50 milyon dollar investisiya qoyduğu barədə məlumat yaymışdı. Eyni zamanda, jurnalist tikinti işləri aparılan binaların və otellərin adlarını və fotolarını da yayımlamışdı.
JAMAZ.İNFO xəbər verir ki, deputat Ağalar Vəliyevin köməkçisi İlham Musayev deyib ki, nə deputatın özü, nə də oğlu Pərviz Vəliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Cavanşir Həsənli isə növbəti açıqlamasında qeyd edib ki, onun əlində sənədlər var və bu barədə geniş məlumat verəcək.
Qeyd edək ki, araşdırmaçı jurnalist az əvvəl Ağalar Vəliyevlə bağlı sənədləri yayımlayıb. “Əvvəla Ağalar Vəliyevin özündən başlayaq. Cənab deputat “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir. “Azəraqrartikinti” ASC 1998-ci ildə eyni adlı dövlət şirkətinin bazasında təsis edilib. Səhmdar Cəmiyyət qeydiyyatdan keçirilərkən, ümumi sayı 461.470 ədəd olan səhmlərinin dəyəri 11.229.400 manat təşkil edib. 1998-ci ildə dolların kursunun 4000 manat civarında olduğunu nəzərə alsaq, təxminən 31000 dollar. Səhmlərin 51 faizi deputat Ağalar Vəliyevə məxsusdur”.
Araşdırmaçı jurnalist bildirir ki, deputat Gürcüstana oğlu Pərviz Vəliyevdən əvvəl ayaq açıb. “2015-ci ildən Ağalar Vəliyev ASC-nin Gürcüstanda da törəmə təsis edib. Törəmə şirkət “AS-AQRARŞMENİ” adı ilə Tiflis şəhərində qeydiyyata alınıb”.
O sonda vurğulayıb: “Kim deyir ki, Ağalar Vəliyev sahibkarlıq fəaliyyəti ilə məşğuldur?”

TİA.AZ

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki