JP: Təl-Əvivdə terror anı: Terrorçu öldürüldü (VİDEO)backend

JP: Təl-Əvivdə terror anı: Terrorçu öldürüldü (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Təl-Əvivdə məscidin yaxınlığında, şəhərin mərkəzi Dizengoff küçəsindəki restoranda atəş açaraq iki nəfəri öldürmüş terrorçu məhv edilib.
TİA.AZ xəbər verir ki, bu barədə İsrailin Baş Təhlükəsizlik Xidmətinə (ŞABAK) istinadən “The Jerusalem Post” qəzeti yazıb.
Ötən gecə təşkil edilən atışma ilə törədilən terror aktı nəticəsində 12 nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır. Bütün İsraildə olduğu kimi Tel-Əvivdə də cümə axşamı iş həftəsinin sonudur.
Cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada öldürülüb. Onun axtarışında İDF əsgərlərinin köməyi ilə 1000-ə yaxın polis iştirak edib.
Şin Bet-in məlumatına görə, atışma İordan çayının qərb sahilindəki Cenin şəhərində yaşayan 28 yaşlı fələstinli tərəfindən törədilib.