Tribuna İnformasiya Agentliyi

“Johnson & Johnson” 20 milyon dollar təzminat ödəyəcək

02 Oktyabr
ABŞ-ın “Johnson Johnson” şirkəti məhkəmədən kənar 20 milyon dollar təzminat ödəməyə razı olub.
TİA.AZ  xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat dərc edilib. Təzminat qərarı ilə “Johnson Johnson” 21 oktyabrda başlayacaq hüquqi iddiadan yaxasını kənara çəkə bilib.
Qeyd edək ki, ABŞ nəhəngi məhsullarının hazırlanmasında “opioid” maddəsindən istifadə etməkdə, bununla çox sayda insanın xərçəng xəstəliyinə tutulmasında və yüzlərlə ölümə səbəb olmaqda ittiham edilir.
2017-ci ilin avqustunda ABŞ-ın Oklahoma ştatı “Johnson Johnson”un 572 milyon dollar ödəməsi barədə qərar çıxarıb.